Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi anti-terror əməliyyatında daha üç terrorçu məhv edilib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat zamanı İraqın Avaşin-Basyan və Sinat-Haftanin bölgələrindəki PKK hədəflərinə hava zərbələri endirilib. Hücum "Pençe" əməliyyat qərargahı ilə kordinasiyalı şəkildə icra edilib.
Qeyd edək ki, mayın 27-də İraqın Hakurk bölgəsində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarın rəhbərliyi ilə Pençe-1 əməliyyatı başlayıb. İyul ayında əməliyyatın miqyası genişləndirilib və Pençe-2 mərhələsi başlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB