Georgi Qaxaria “2019-2020-ci illər üçün hökumət proqramı”nı parlamentə təqdim edib
Gürcüstanın Baş Naziri postuna namizəd Georgi Qaxaria “2019-2020-ci illər üçün hökumət proqramı”nı parlamentə təqdim edib.
SİA xəbər verir ki, sənəddə hökumətin əsas sahələr üzrə fəaliyyət istiqamətləri yer alıb.
Proqramın “Xarici siyasət” bölməsində Gürcüstan strateji tərəfdaşlarla əməkdaşlığı məsələləri xüsusi yer tutur. Qeyd olunur ki, Gürcüstan tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Gürcüstanın xarici prioritetlərinin səmərəli şəkildə həyata keçirilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi məsələsinə beynəlxalq ictimaiyyətin cəlb olunması ölkənin təhlükəsizliyi üçün xüsusi önəm kəsb edir.
“Gürcüstan – regional hab” bölməsində ölkənin nəqliyyat sektorunun gələcək inkişafı və potensialın tam istifadəsi üçün fəal siyasətin aparılacağı bildirilir.
“Gürcüstan hökuməti nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması, beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”, - deyə sənəddə vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB