Ərəb dünyasındakı üsyan küləyi indi də Mərakeşə çatdı. SİA-nın məlumatına görə, minlərlə etirazçı siyasi islahatlar və kralın səlahiyyətlərinin məhdudlaşdırılması tələbi ilə küçələrə çıxıb. Etirazçılar "azadlıq, qürur, ədalət", "xalq yeni bir konstitusiya istəyir", "monarxiyaya daha az səlahiyyət" şüarları səsləndiriblər.
Nümayişlərin dinc şəraitdə keçirildiyi bildirilir. Ekspertlərin fikrincə, islahatçı Kral Məhəmməd tərəfindən idarə olunan Mərakeşdə Misir və ya Tunisdəki kimi bir üsyanın olma ehtimalı zəifdir. Konstitusiyalı monarxiya olan Mərakeşdə krala parlamenti buraxma, fövqəladə vəziyyətin elan edilməsi, baş nazir və nazirləri təyin etmək səlahiyyəti verilir. Konstitusiyaya görə, peyğəmbər Məhəmmədin soyundan gələn və 1999-cu ildən taxtda olan Kral Məhəmməd müqəddəs hesab edilir. Bəzi mütəxəssislər isə hesab edir ki, 1975-ci ildən Mərakeşin nəzarətində olan Qərbi Səhradakı müstəqillik tərəfdarları ölkədə hər hansı bir üsyan olacağı halda istədiklərini reallaşdırmağa səy göstərəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB