Böyük Britaniyanın hüquq-mühafizə orqanları rekord miqdarda narkotik maddə heroin ələ keçiriblər. SİA RİA Novostiyə istinadla xəbər verir ki, Felikstouv limanında "MV Gibraltar" konteynerində müsadirə edilən 1,3 ton narkotik vasitə dəsmal və xalatların içərisində olub. Narkotiklərin ümumi bazar qiyməti 120 milyon funt sterlinqdən çoxdur.
Məlumata görə, hüquq-mühafizə orqanları əvvəlcədən narkotik daşıyan gəminin Antverpenə yollanacağını və Böyük Britaniya adasında isə müvəqqəti dayanacağını müəyyən ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB