Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası təyin olunan vaxtdan gec başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb Avropalı Gürcüstan Partiyasının üzvlərinin daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədlyinin irəli sürülməsinə etiraz etmələri olub. Partiyadan olan deputat Elene Xoştaria fit çalaraq iclasın vaxtında başlanmasına imkan verməyib.
Parlament sədri Arçil Talakvadze toplantıda fasilə elan edib. Müxalif deputatlar zaldan çıxandan sonra iclas başlayıb. Toplantıda hökumət dəyişiklikləri müzakirə olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB