Filippində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həyatını itirib.
SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə Laquna əyalətində baş verib. Təyyarə müalicə alan xəstəni, onun həyat yoldaşını və tibbi personalı paytaxt Manila xəstəxanalarından birinə aparırmış.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB