Bu ilin əvvəlindən Gürcüstanda 38 min 800 cinayət hadisəsi qeydə alınıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstanda 38 min 800 cinayət hadisəsi qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə Gürcüstan daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, hesabat dövründə qeydə alınan cinayətlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Bu il qeydə alınan cinayətlərin 32,3 faizinin üstü açılıb (2018-ci ildə isə bu rəqəm 36,7 faiz olub).
Cinayətlərin 12 min 500-ü oğurluq hadisəsi olub ki, bunun da 1400-ü mənzil qarətidir. Cinayətlərin sırasında ikinci yerdə ailə zorakılığı dayanır – 3244 fakt. Üçüncü yerdə narkotiklərlə bağlı cinayətlərdir. Narkotiklərlə bağlı 3197 cinayət faktı qeydə alınıb. Məlumatda, həmçinin bildirilir ki, bu il cinayətlərin sırasında hədə-qorxu gəlmək və təhdidlərin sayı artıb. Hesabat dövründə 1400 belə fakt qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB