Həbsxana bombardman edildi - 50 nəfər öldü

Həbsxana bombardman edildi - 50 nəfər öldü
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb. SİA-nın məlumatına görə, bu barədə xəbəri "Sınxua" agentliyi "Ənsar Allah" hərəkatının (husilər) bəyanatına istinadən yayıb. Hadisə Damar əyalətinin mərkəzində baş verib. "Reuters" agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə