Norveçdə vertolyot qəzası 4 nəfərin həyatına son qoyub

Norveçdə vertolyot qəzası 4 nəfərin həyatına son qoyub

Norveçin “Helitrans” şirkəti tərəfindən istifadə olunan “Airbus AS350” helikopteri Alta şəhərindən cənub-qərbdə qəzaya uğrayıb.

SİA Norveçin xilasetmə xidmətinə istinadla xəbər verir ki, mülki helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb, bir nəfər itkin düşüb və bir nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə