İran yaxın günlərdə Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək

İran yaxın günlərdə Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək

Yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.

SİA xəbər verir ki, bu fikri İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə deyib. O, mətbuata açıqlamada qeyd edib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə