ABŞ hökuməti İranın “Adrian Darya 1” tankerini də sanksiya siyahısına daxil edib
ABŞ hökuməti bir müddət əvvəl Cəbəllütariq boğazında saxlanılmış, daha sonra isə buraxılmış İranın "Adrian Darya 1" tankerini də sanksiya siyahısına daxil edib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Sanksiya siyahısına gəminin kapitanı da əlavə olunub. Nazirliyin məlumatına görə, tanker 2,1 milyard barel neft daşıyıb və bundan SEPAH-ın xüsusi təyinatı üzrə istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB