Yaponiyanın şimalında göyərtəsində yeddi nəfərin olduğu gəmi itib
Yaponiyanın Hokkaydo adası yaxınlığında göyərtəsində yeddi nəfərin olduğu balıqçı gəmisi ilə əlaqə kəsilib.
SİA "NHK" telekanalına istinadən xəbər verir ki, hadisə Sakit okeanda, Kuşiro limanından 90 kilometr məsafədə baş verib.
Bildirilir ki, gəmidə 3 nəfər Yaponiya və dörd nəfər İndoneziya vətəndaşı olub. Son dəfə rabitə əlaqəsinə çıxan kapitan güclü dalğalar nəticəsində gəminin xeyli əyildiyini bildirib.
Hazırda hadisə yerinə xilasedicilər göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB