İranın səhiyyə naziri beynəlxalq ictimaiyyəti kəskin tənqid edib

İranın səhiyyə naziri Səid Namiqi beynəlxalq ictimaiyyəti haqsızlığa və insan hüquqlarının pozulması hallarına göz yumduğuna görə kəskin tənqid edib. SİA xəbər verir ki, Səid Namiqi Dünya Səhiyyə Təşkilatının Baş katibi Tedrosu Qebreususa məktub ünvanlayıb. Məktubda qeyd edib ki, İranda bəzi ağır xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının çatışmazlığı yaranıb. Onun yazdığına görə, minlərlə ağır xəstənin müalicəsi çətinləşib. Həmin insanlar müalicə almaq əvəzinə, ölümlərini gözləyirlər. Bu dəhşətli vəziyyəti beynəlxalq aləm sadəcə olaraq görmək istəmir. Vəziyyətin belə həddə çatmasını nazir bəşəriyyətə və insanlığa qarşı cinayət adlandırıb.

Nazir Təşkilatın rəhbərindən ABŞ-ın İranın səhiyyə sahəsinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına təsir göstərməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə