Hüsni Mübarəkin istefası ilə nəticələnən anti-hökumət nümayişləri zamanı azı 365 adam həlak olub. SİA-nın xəbərinə görə, Misirin səhiyyə naziri 5500 adamın yaralandığını da deyib. Sameh Fərid deyib ki, bu rəqəmlər ilkin xarakter daşıyır, çünki burada bütün tibbi təsisatların göstəriciləri əks olunmur və bəzi hallarda insanlar ölüm şəhadətnaməsi alınmadan dəfn olunublar.
Bu arada minlərlə misirli fəhlə tətilə çıxaraq yüksək maaş və yaxşılaşdırılmış iş şəraiti tələb edirlər. Ölkənin toxuculuq sənayesində çalışan on mindən artıq əməkçi tətillərini bu gün yenidən bərpa ediblər. Nəqliyyat və bank sənayelərində də əməkçilər işlərini tərk ediblər. Bütün ölkə boyu banklar bağlanıb və onların həftəsonunadək bağlı qalacağı gözlənilir.
Bu arada Misirin hərbi idarəçiləri müxalifətin tələblərinə uyğun olaraq islahatlar istiqamətində mühüm addımlar atıblar. Onlar növbəti altı ay ərzində yeni parlament və prezident seçkiləri keçirəcəklərinə söz veriblər. Ali Silahlı Qüvvələr Şurası konstitutsiyanı dəyişmək üçün panel müəyyən edib və ona 10 gün ərzində tövsiyələrini təqdim etməyi tapşırıb. Panelə Müsəlman Qardaşlarının bir üzvü də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB