Tanzaniyada benzindaşıyan avtomobil partladı 60 ölü

Tanzaniyada benzindaşıyan avtomobil partladı  60  ölü

Tanzaniyanın Moroqoro şəhərində benzindaşıyan avtomobilin partlaması nəticəsində 60 nəfər ölüb. SİA Reuters agentliyinə istinadla xəbər verir ki, yaralanmış daha 70 nəfər xəstəxanaya çatdırılıb. Onların bir neçəsinin vəziyyəti ağırdır.

Yerli The Citizen qəzetinin xəbərinə görə, ölənlərin və yaralıların əksəriyyəti yerli sakinlərdir. Onlar benzindaşıyan avtomobildən yanacaq çəkmək üçün gələnlər və küçədə ərzaq satan insanlardır. Hadisə şahidləri bildiriblər ki, partlayışın səbəbi yaxınlıqda olan bir nəfərin siqaretini yandırmasıdır. Hazırda yanğınsöndürənlər və əsgərlər insidentin nəticələrini aradan qaldırırlar.

Moroqoro şəhəri Tanzaniyanın inzibati mərkəzi Dar əs-Salamdan 200 kilometr qərbdə yerləşir və ölkənin on ən iri yaşayış məntəqələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə