ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin kim olduğunu xatırlaya bilməyib. Hadisənin videosu REN TV-də yerləşdirilib. Qeyd edilir ki, jurnalistlərdən biri Trampın Zelenskini nə zaman Ağ evə dəvət edəcəyi ilə maraqlanıb.
“Kim haqqında danışırsınız?” – deyə Tramp soruşub. Jurnalist onun ukraynalı həmkarı olduğunu xatırlatdıqdan sonra, ABŞ prezidenti ehtimal edib ki, “yaxın zamanlarda” ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB