Pakistan Hindistanla dəmir yolu əlaqələrini tamamilə kəsib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dəmir yolları naziri Şeyx Rəşid Əhməd açıqlama verib.
O, ölkəsinin müharibə istəmədiyini, lakin yaxın 3-4 ayda bunun baş verə biləcəyini söyləyib.
Son gərginlik Hindistan hakimiyyətinin əsasən müsəlmanların yaşadığı Cammu və Kəşmir ştatının muxtariyyətini ləğv etməsindən sonra başlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB