Polşanın Krakov şəhərində mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərməkdə ittiham edilən 26 Rusiya vətəndaşı saxlanılıb. SİA-nın verdiyi məlumata görə, həmin şəxslərdən 22 nəfəri Polşada qanunsuz yaşayan erməni və çeçen əsillidir.
Qeyd olunur ki, onlar bu həftənin əvvəlində Krakovda ticarət mərkəzinin önündə saxlanılıb. Onlar futbol azarkeşləri arasında iğtişaş yaratmağı planlaşdırırmış. Saxlanılanların avtomobillərində narkotik vasitələr və silah-sursat da aşkar edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB