Qırğızıstanın Daxili İşlər Nazirliyi Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) “Alfa” xüsusi təyinatlı döyüşçüsünün qətli ilə bağlı cinayət işi açıb. SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“MTDK əməkdaşı olan xüsusi təyinatlının ölümü və hüquq-mühafizə orqanları əməkdaşlarının yaralanması ilə bağlı məhkəmə öncəsi araşdırılmalara başlanılıb. Faktlar respublikanın cinayət məcəlləsinə müvafiq olaraq, “qətl” və “öldürməyə cəhd” üzrə qeydə alınıb, deyə mətndə bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, artıq təxitəsalınmaz operativ-istintaq tədbirləri həyata keçirilir.
Həmçinin qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara qarşı odlu silahdan atəş açılmayıb, əksinə silah keçmiş prezident Almazbek Atambayevin evi tərəfindən işə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB