Rusiyalı məşhur "biznes ledi" dünyasını dəyişib

Rusiyalı məşhur "biznes ledi" dünyasını dəyişib

Rusiyalı "biznes ledi" Alla Verber İtaliyada 62 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, avqustun 5-də xəstəxanaya yerləşdirilən iş qadınının həyatını xilas etmək mümkün olmayıb. Verberin bütün orqanları eyni anda fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Alla Verber Moskva Mərkəzi Univermağının fəşn-direktoru, “Mercury” zərgərlik dükanının sahibidir. O, son vaxtlar İtaliyada yaşayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə