117 suriyalı İstanbuldan Suriyaya qayıdıb

117 suriyalı İstanbuldan Suriyaya qayıdıb

İstanbulda keçirilən yolasalma mərasimindən sonra 117 suriyalı vətəninə qayıdıb. AZƏRTAC xəbər verir ki, hazırda Türkiyədə vətənlərinə qayıtmaq istəyən suriyalıların göndərilməsi işləri aparılır.

Bu barədə məlumat verən İstanbulun Esenyurt bələdiyyəsinin sədri Kemal Deniz Bozkurt yola salınanların aidiyyəti qurumlara müraciət edərək vətənlərinə qayıtmaq istədiklərini bildirən şəxslər olduğunu deyib. O, bu şəxslərin Türkiyə tərəfinin təsis etdiyi xüsusi ödənişsiz avtobuslarla sərhədə qədər aparılacaqlarını, oradan isə Qızıl Aypara Cəmiyyətinin köməyi ilə yaşadıqları bölgələrə çatdırılacaqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl təşkil olunan daha bir mərasimdə 5 min 337 suriyalı vətəninə geri qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə