Beynəlxalq Valyuta Fondu Misirə sonuncu tranşını köçürüb

Beynəlxalq Valyuta Fondu Misirə sonuncu tranşını köçürüb

Beynəlxalq Valyuta Fondu (BVF) Misirə 2 milyard dollar məbləğində sonuncu - altıncı kredit tranşını köçürüb.

SİA xəbər verir ki, bu barədə Misirin Maliyyə naziri Məhəmməd Muit məlumat verib. Nazirin sözlərinə görə, BVF-in sonuncu tranşı artıq Misirin Mərkəzi bankının hesabına köçürülüb. Fondun ayırdığı sonuncu tranşının alınmasından sonra Misirin valyuta ehtiyatları 44,3 milyard dollardan 46 milyard dollara qədər artacaq.

Xatırladaq ki, BVF 2016-cı ilin noyabrında Misirə iqtisadi və maliyyə islahatlarının aparılması üçün 12 milyard dollar həcmində kreditin verilməsini qərara alıb. Bu sahədə aparılan islahatlar ölkə iqtisadiyyatının daha sabit, rəqabətədavamlı olmasına və yeni iş yerlərinin açılmasına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə