Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi (Brexit) NATO-nun Avropadakı rolunu möhkəmlədəcək, çünki Brüsseldən ayrılan Birləşmiş Krallıq alyansın tərkibində qalacaq. NATO-nun mətbuat xidmətinin məlumatına görə, bu fikri Yeni Zelandiyada səfərdə olan təşkilatın baş katibi Yens Stoltenberq səsləndirib.
NATO-nun rəhbəri tələbələr qarşısında çıxışında deyib: “Brexit sayəsində NATO Avropa ölkələrinin və Şimali Amerikanın birliyini qoruyub saxlamaq üçün daha mühüm platformaya çevriləcək. Çünki Böyük Britaniya və digər Avropa ölkələri əvvəlki kimi alyansın tərkibində olacaqlar”.
Baş katib xatırladıb ki, Brexit Londonun NATO-da üzvlüyünə əngəl olmayacaq. O əlavə edib: “Brexitin hansı tarixdə olacağından asılı olmayaraq, Avropada ən böyük hərbi büdcəsi olan Böyük Britaniya alyansın əsas və mühüm müttəfiqi olaraq qalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB