Rusiya XİN ABŞ-ın Zərifə qarşı sanksiyalarını pisləyib

Rusiya XİN ABŞ-ın Zərifə qarşı sanksiyalarını pisləyib

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva Vaşinqtonun İranın xarici işlər nazirinin müavini Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etməsini pisləyir.

"Əlbəttə, ABŞ administrasiyasının İran İslam Respublikasının Xarici İşlər Nazirinə qarşı sanksiyaların tətbiqi addımını pisləyirik", o deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ryabkovun fikrincə, sanksiyaların tətbiqi misli görünməmiş təzyiq vasitəsidir. O qeyd edib ki, belə addımların müasir beynəlxalq münasibətlərdə yeri yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə