Türkiyə İdlibdə yeni humanitar fəlakət barədə xəbərdarlıq edib

Türkiyə İdlibdə yeni humanitar fəlakət barədə xəbərdarlıq edib

Hərbi əməliyyatların davam edəcəyi təqdirdə, Suriyanın İdlib şəhərindəki humanitar fəlakət 2015-ci ildəkindən daha acınacaqlı ola bilər. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

"Biz Rusiya və İranla birlikdə Astana və Soçidə Suriya böhranının nizamlanması istiqamətində səy göstəririk. Son vaxtlar rejim (Suriya höküməti) atəşkəsin pozulması istiqamətində addımlar atır və biz bunun qarşısını almağa çalışırıq. Hamını bu məsələdə bizi dəstəkləməyə dəvət edirik", - deyə Çavuşoğlu Ankarada Türkiyə səfirlərinin 11-ci konfransında çıxış edərkən bildirib. Cümə axşamı rəsmi Dəməşq İdlibdə atəşkəsin elan edildiyini bildirmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə