Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankaranın tezliklə Fərat çayının şərq sahilindəki Suriya ərazisində terrorçulara qarşı əməliyyat keçirmək niiyyətində olduğunu söyləyib. “Yeni hədəfimiz Fərat çayının şərqidir. Rusiyaya və ABŞ-a Suriyada yeni bir əməliyyata hazır olduğumuzu bildirdik", Ərdoğan deyib. SİA-nın verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, bundan əvvəl Türkiyə ordusu Suriyanın Afrin, Jerablus və Əl-Bab bölgələrində əməliyyatlar keçirib.
Onun sözlərinə görə, "Ankara təxribatlar və Suriya ərazisindən sərhəddəki yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq hərəkətsiz qalmaq niyyətində deyil".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB