Ərdoğan: "Suriyada - Fərat çayının şərqində əməliyyat aparacağıq, bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq"

Ərdoğan: "Suriyada - Fərat çayının şərqində əməliyyat aparacağıq, bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq"

Türkiyə Şimali Suriyada PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG-yə qarşı hərbi əməliyyata başlayacaq.

SİA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını bildirib: "Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Biz bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları, sadəcə, müşayiət edə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə