ABŞ-da baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar var

ABŞ-da baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar var

ABŞ-ın Texas ştatının El Paso şəhərində ticarət mərkəzində baş verən silahlı insident nəticəsində ölən və xəsarət alanlar var.

SİA “CNN”-ə istinadən xəbər verir ki, naməlum şəxs “Walmart” ticarət mərkəzində insanlara atəş açaraq bir neçə nəfəri qətlə yetirib. Hadisə nəticəsində 22 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanların 11-i Del Sol Xəstəxanasına, digərləri isə El Paso Universitet Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə əlaqədar bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə