Türkiyənin Muş vilayətinin Malazgirt rayonunda ağır faciə baş verib.
SİA xəbər verir ki, gəzintidə olan şagirdlərdən altısını Murad çayı aparıb. Hadisə ilə əlaqədar Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qrupu əraziyə gəlib. Aparılan axtarış-xilasetmə işləri nəticəsində şagirdlərdən dördünün meyiti çaydan çıxarılıb. Digər iki məktəblinin axtarışı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB