Pekində 38 nəfər xəsarət alıb

Pekində 38 nəfər xəsarət alıb

Pekinin cənub-qərbindəki hovuzların birində xlor qazının sızması nəticəsində 38 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "China Daily" yazır.

Qəzetin məlumatına görə, hadisə yerli vaxtla axşam 19.00-da test rejimində işləyən “Juylay" hovuzunda baş verib.

38 zərərçəkən ürək bulanması və başgicəllənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan 23-ü xəstəxanadan evə buraxılıb. Yerli hakimiyyət hadisəni aydınlaşdırmaq üçün xüsusi işçi qrupu göndərib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə