Yaponiya Xarici İşlər Nazirliyi, Rusiyanın Baş naziri Dmitri Medvedevin Kuril adalarına səfərinin "Yaponiyanın mövqeyinə uyğun olmadığını" və bu addımın dərin təəssüf hissi oyatdığını açıqlayıb. “Bizə məlumat verildi ki, ayın 2-də Rusiyanın Baş naziri Dmitri Anatolyeviç Medvedev Iturup adasına səfər edib. Bu ziyarət Yaponiyanın şimal əraziləri ilə bağlı mövqeyinə ziddir və Yaponiya vətəndaşlarının hisslərini incidir", açıqlamada deyilir. SİA-nın verdiyi məlumata görə, Tokio Moskvanı "Yaponiya-Rusiya münasibətlərini inkişaf etdirmək, o cümlədən sülh müqaviləsinin bağlanması üçün konstruktiv tədbirlər görməyə" çağırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB