İndoneziyanın şimal-qərbində yerləşən Riau adaları vilayətində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Batam adasından havaya qalxan "CASA C-212 Aviocar" markalı hərbi-nəqliyyat təyyarəsi Bintan adası ərazisində yerə çırpılıb. Nəticədə hadisə zamanı təyyarənin göyərtəsində olan 5 nəfər ölüb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Ərazidə müvafiq işlər görülüb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Analoji hal Tailandın şimal-şərqində yerləşən Çaiyafum vilayətində baş verib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki "F-16" markalı çoxməqsədli hərbi təyyarə havada toqquşub. İlkin məlumata əsasən, hər iki təyyarənin pilotu katapult etməyə müvəffəq olub. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülür.
Qeyd edək ki, qəzaya uğramış hər iki təyyarə "Cobra Gold" adlı hərbi təlimə qatılmaq məqsədilə Nakhonratçasima vilayətindən havaya qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB