Tacikistanda ilk islam bankı yaradılacaq

Tacikistanda ilk islam bankı yaradılacaq

Tacikistanın Milli Bankı “Tövhidbank” (keçmiş “Sahibkarbank”) səhmdar bankının islami bankçılıq fəaliyyəti barədə müraciətini araşdırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı banka 3 ay ərzində cavab verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Sahibkarbank” adı “Tövhidbank”a bu ilin iyun ayında səhmdarlarının qərarı ilə dəyişib. Maliyyə qurumu hələ 2017-ci ildə ölkənin ilk İslam bankına çevrilmək niyyətini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə