Aİ ümumilikdə Tunisə 258 milyon avro vəsait ayırmağı planlaşdırır

Aİ ümumilikdə Tunisə 258 milyon avro vəsait ayırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Tunisin müvəqqəti hökumətinə təcili olaraq 17 milyon avro məbləğində maliyyə yardımı göstərəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sədri Ketrin Eşton Tunisdə rəsmi səfərdə olan zaman verib. Onun sözlərinə görə, Aİ ümumilikdə Tunisə 258 milyon avro vəsait ayırmağı planlaşdırır.

 

Avropa İttifaqının Tunisə hər bir yardımı göstərməyə hazır olduğunu deyən K.Eşton Tunis hökumətinə mart ayında demokratik və iqtisadi maarifləndirmə ilə bağlı beynəlxalq konferensiyanı keçirməyə köməklik göstərəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə