İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb. SİA-nın verdiyi məlumata görə, bu barədə "RaiNews24" xəbər kanalı bildirib. Məlumata əsasən, ötən gəcə Foçene yaşayış məntəqəsində baş verən tornado nəticəsində 27-yaşlı qadın həlak olub. Tornadoya görə çox sayda park edilmiş avtomobillərə xeyli ziyan dəyib, iki binanın dam örtükləri qismən qopub.
İyulun 27-də Alto Adidjee (Cənubi Tirol) dağlarında bir norveçli idmançı ildırım vuraraq ölüb. Həmin idmançı yürüşdə iştirak edirmiş.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB