Gürcüstanın Tuşeti rayonunun Kvemo-Alvano kəndində kuzovunda kəndliləri daşıyan "KamAZ" markalı yük maşını dərəyə aşıb.
SİA xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəetmə Xidmətindən məlumat verilib. Bildirilib ki, Tuşeti yolunun 23-cü kilometrliyində yük avtomobilinin dərəyə aşması ilə bağlı qurumun qaynar xidmətinə məlumat daxil olub. Bundan sonra əraziyə xilasedicilər cəlb edilib.
Qəza zamanı yük maşınında 13 nəfərin olduğu bildirilir. Qeyd olunur ki, kəndli bayramına gedən yük maşını idarəetmənin itirilməsi nəticəsində təxminən 400 metr dərinliyi olan dərəyə yuvarlanıb.
Onlardan 5-i qəza baş verən vaxt avtomobili vaxtında tərk edə biliblər. Yaralanan 3 nəfər helikopterlə Telavi xəstəxanasına çatdırılıb.
Gürcüstanın baş naziri Mamuka Baxtadze yol qəzası zamanı həlak olanların ailələrinə başsağlığı verib. Başsağlığında deyilir: "Bu gün Tuşetidə baş vermiş faciə zamanı həlak olan vətəndaşlarımıza görə dərin kədər içindəyəm. Mən həlak olanların ailə üzvlərinə başsağlığı verirəm. Arzu edirəm yaralananlar tezliklə sağlamlıqlarına qovuşsunlar", - deyə M.Baxtadze bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB