Cənubi Koreyanın Kvandju şəhərində bir gecə klubunda daxili balkonun uçması nəticəsində 2 nəfər ölüb, 17 adam yaralanıb. SİA Yonhap agentliyinə istinadla xəbər verir ki, yaralananların arasında Dünya Üzgüçülük Çempionatında iştirak edən idmançılar da var. Onların ABŞ, Yeni Zelandiya, İtaliya və Braziliya vətəndaşları olduqları bildirilir.
Qəza zamanı “Coyote Ugly” gecə klubunun içərisində 370 nəfər olub. Bu gənclərin əksəriyyəti su polosu idmanı üzrə komandaların üzvləri olublar. Ölən şəxslərin isə koreyalı olduqları qeyd olunub. Gecə klubunda qadınlardan ibarət ABŞ yığmasının qələbəsini qeyd edirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB