Qəzza yenə qarışdı – 58 yaralı

Qəzza yenə qarışdı – 58 yaralı

İsrail əsgərlərinin atəş açması nəticəsində Qəzza bölgəsində azı 58 nəfər fələstinli yaralanıb. SİA Türkiyə mənbələrinə istinadla xəbər verir ki, nümayişçilər sərhəd zonasına yaxın əraziyə yürüş etdiklərindən onlara atəş açılıb. 39 nəfər odlu silahla, 19 nəfər isə rezin güllələrlə yaralanıb.

Nümayişin dağıdılması üçün göz yaşardıcı qazdan istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə