Liviya sahillərində 260-dan çox miqrant xilas edildi

Liviya sahillərində 260-dan çox miqrant xilas edildi

Liviyanın Sahil Mühafizə Xidməti ölkənin Aralıq dənizi sahillərində 269 miqrantın xilas edildiyi barədə məlumat yayıb. Bu haqda SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Xilas edilən miqrantlar müxtəlif Afrika ölkələrinin vətəndaşlarıdır. Onlar paytaxt Tripolidən 60 mil şimal-şərqdə xilas edilib və şəhərdəki dəniz bazasına yerləşdiriliblər.

Miqrantlar qeyri-leqal yolla Avropaya keçmək istəyirmişlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə