Rusiyada iki avtomobil toqquşub, 3 nəfər ölüb

Rusiyada iki avtomobil toqquşub, 3 nəfər ölüb

Rusiyanın Tambov vilayətindəki Krasnosvobodnoe kəndindən keçən magistral avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həlak olanlardan birinin beşaylıq körpə olduğu bildirilir.

TASS informasiya agentliyi xəbər verir ki, ağır yol-nəqliyyat qəzası “Mitsubishi Lancer” markalı avtomobilin qarşıdan gələn “Lada Kalina”nın yoluna çıxması nəticəsində baş verib. İnsident nəticəsində avtomobillərdən birinin 51 yaşlı qadın sürücüsü və onun beşaylıq körpə nəvəsi yerindəcə keçiniblər. “Lada Kalina”nın daha bir sərnişini ağır yaralanıb. “Mitsubishi Lancer”in sürücüsü də xəstəxanada keçinib.

Bütün xəbərlər Facebook səhifəmizdə