"İrana getmək istəyirəm". SİA IRNA-ya istinadla verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo "Bloomberg"ə müsahibəsində söyləyib.
Mayk Pompeo, lazım gələrsə danışıqlar üçün İrana getməyə hazır olduğunu qeyd edib.
Onun sözlərinə görə, Tehrana gələrək İran xalqına müraciət edərək prezident Donald Trampın xarici siyasəti barədə danışmaq istəyir.
Mayk Pompeo, Amerika mediasına ətraflı müsahibə verən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif kimi iranlı jurnalistlərə müsahibə vermək istədiyini də bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB