Hindistanda 50-dən çox insan həyatını itirib

Hindistanda 50-dən çox insan həyatını itirib

Hindistanın şərqindəki Bihar və Jarxand əyalətlərində iki gün ərzində ildırım vurması nəticəsində 51 nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə polisə istinadən NDTV kanalı məlumat verib.

Daha əvvəl Hindistanın şimalındakı Uttar Pradeş əyalətində ildırım vurması nəticəsində 32 nəfərin öldüyü xəbər verilirdi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bihar əyalətində 39 nəfər, Jarxand şəhərində 12 nəfər ölüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə