Çin hökuməti internetdəki senzura qaydalarını pozanlara qarşı daha sərt cəza tədbirlərini tətbiq etməyə hazırlaşır. “The Times” xəbər verir ki, Çin Kiber Məkanı Administrasiyası (CAC – Cyberspace Administration of China) tərəfindən hazırlanan yeni qaydalar layihəsinə görə, hökumət nöqteyi-nəzərindən ictimai əxlaqa və ya ictimai mənafeyə zidd hesab olunan məlumatlar yayan hər kəs “qara siyahı”ya salınacaq. Belə şəxslərə qarşı internetə girişin məhdudlaşdırılması da daxil olmaqla müəyyən cəza tədbirləri nəzərdə tutulur.
Avqustun 21-dək keçiriləcək ictimai müzakirələrdən sonra yeni internet qaydalarına dair yekun qərar veriləcək. Lakin ölkənin bir sıra saytları artıq istifadəçilərindən şəxsi sənədlərindəki rəsmi məlumatları tələb etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB