Boris Consonu Böyük Britaniyanın Baş nazir seçilməsi münasibətilə təbrik edən İvanka Tramp lağ hədəfi olub.
ABŞ prezidenti Donald Trampın qızı Tvitter hesabında yazdığı təbrik mesajında Birləşmiş Krallıq (United Kingdom) əvəzinə “United Kingston” yazıb. İzləyicilər İvankanın bu səhvini hədəf alaraq onu ələ salmağa başlayıblar. Xatırladaq ki, Donald Tramp da daha əvvəl “Prince of Wales” yerinə “Prine of Whales” (Balinalar şahzadəsi) ifadəsini işlətmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB