Ukraynada Zelenskinin büstləri satışa çıxarılacaq

Ukraynada Zelenskinin büstləri satışa çıxarılacaq

Ukraynanın ən populyar internet saytlarından biri prezident Vladimir Zelenskinin büstlərini satışa çıxaracaq. SİA-nın verdiyi məlumata görə, andiçmə zamanı Zelenski məmurların ofislərində onun portretlərinin olmamasını istəyib, o prezidentin ikona olmadığını deyib.

Büst üçqat lakla örtülüb, heykəltəraş gipsindən hazırlanmışdır. Büst üç rəngdə təqdim edilir.

Heykəlin çəkisi 2,5 kiloqram, hündürlüyü 23 santimetr, qiyməti 2 min qrivnadır (78 dollar).

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə