"Sanksiya təhdidi Türkiyəni yolundan döndərə bilməz" Ərdoğan

"Sanksiya təhdidi Türkiyəni yolundan döndərə bilməz"  Ərdoğan

Açıq və ya gizli olan sanksiyalar təhdidi Türkiyəni nəzərdə tutulan yoldan döndərməyə məcbur etməyəcəkdir. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyənin Şərqi Aralıq dənizində və Suriyadakı son addımları, türk xalqının və Kipr türklərinin maraqlarını qorumaqla bağlı həssaslığımızı sübut edir. Sanksiyalarla bağlı heç bir təhdid Türkiyəni ədalətli yolundan saxlaya bilməz",Ərdoğan deyib.

O qeyd edib ki, "yüz il əvvəl olduğu kimi, Türkiyənin vətəndaşlarının təhlükəsizliyi üçün təhdidləri aradan qaldırmaq üçün kifayət qədər güc və qətiyyəti var."

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə