Hüsnü Mübarək komaya düşüb

Misirin keçmiş prezidenti Hüsnü Mübarək komaya düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 10 fevral tarixində Şarm-əl-Şeyxdəki iqamətgahına gələn eks prezident özünü pis hiss edib. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq 12 fevralda keçmiş lider komaya düşüb.

 

"Al Masry al Youn" agentliyinin verdiyi xəbərə görə isə Misirin keçmiş prezidentinin səhhəti daha öncə pis olub. Belə ki, Hüsnü Mübarək hətta istefa verməmişdən qabaq xalqa müraciət edərkən də özünü pis hiss edirmiş və çəkilişlər zamanı halının pis olması ilə əlaqədar bir neçə dəfə huşunu itirib.

 

Qeyd edək ki, 30 il Misirin prezidenti olan Hüsnü Mübarək xərçəng xəstəliyindən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə