Hindistanda əyləncə mərkəzində faciə: ölən və yaralananlar var

Hindistanda əyləncə mərkəzində faciə: ölən və yaralananlar var

Hindistanın Əhmədabad şəhərində (Qucarat ştatı) əyləncə mərkəzində qurğulardan birində əylənən insanlar texniki problem nəticəsində 20 metr yüksəklikdən yerə yıxılıb.

SİA “haberler.com”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hadisə yerinə dərhal xilasedicilər, təcili tibbi yardım briqadası cəlb edilib.

Xilasetmə əməliyyatları bir neçə saat davam edib. Hadisə ilə əlaqədar polis araşdırmaya başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə