Əfqanıstanın Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı beş polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.
SİA Əfqanıstanın Tolo News kanalına istinadla xəbər verir ki, partlayış polis əməkdaşlarının patrul keşiyi çəkdikləri zaman baş verib.
Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB