Nepalda daşqınlar və torpaq sürüşmələri 32 nəfərin həyatına son qoyub
Nepalda leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən az 32 nəfər həlak olub, 12 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb.
SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hakimiyyət orqanları çay sahillərində yaşayan insanları müvəqqəti olaraq təhlükəsiz zonalara köçməyə çağırıb.
Təbii fəlakət Nepalın 21 rayonunu əhatə edib. Hazırda 831 nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Ölkənin müxtəlif rayonlarında xilasetmə əməliyyatı keçirmək üçün 28 min polis əməkdaşı cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB